• $
  • £

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb


Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
24.03.2025 18:48

 

19 mart 2025-ci il tarixində ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktor Fərid Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə mentorluq proqramı çərçivəsində görüş keçirib.

Görüş zamanı bank sektorunda innovativ yanaşmalar, rəqəmsal transformasiya, müasir liderlik prinsipləri, risklərin idarə olunması və biznesin davamlı inkişaf strategiyaları kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Fərid Hüseynov bilik və təcrübə mübadiləsinin uğurlu liderlərin yetişməsində əsas rol oynadığını vurğulayaraq, mentorluq proqramının gənc idarəçilər üçün unikal inkişaf fürsəti yaratdığını bildirib. O, Elnur Abdullazadənin bu prosesdə əldə edəcəyi bilik və bacarıqların gələcək karyerasında mühüm rolundan bəhs edib.

Daha sonra Fərid Hüseynov mentinin Kapital Bank-da həyata keçirilən innovativ layihələrlə və bankın əsas biznes prosesləri ilə tanış olacağını vurğulayıb. O, eyni zamanda bir il ərzində bankın müxtəlif departamentləri ilə əməkdaşlıq edərək real iş proseslərini izləmək və idarəetmə təcrübəsini artırmaq imkanı da əldə edəcək.  

 “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Layihə gənc və perspektivli idarəçilərin aşkarlanması, inkişaf etdirilməsi və ölkənin müxtəlif sahələrində liderlik potensiallarının artırılması məqsədi daşıyır. Mentorluq proqramı isə bu müsabiqənin mühüm hissəsidir və qaliblərin dövlət və özəl sektorun nüfuzlu rəhbərləri ilə birbaşa əlaqə qurmasına şərait yaradır.  Qeyd edək ki, hazırda beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi davam edir. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir və 10 aprel 25025-ci il tarixinədək davam edəcək. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
İqtisadiyyat 12:45
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
Чистая прибыль банковского сектора Азербайджана выросла более чем на 29%
İqtisadiyyat 12:40
Чистая прибыль банковского сектора Азербайджана выросла более чем на 29%
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
İqtisadiyyat 12:35
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol