• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev İranla münasibətlərdən danışıb

İlham Əliyev İranla münasibətlərdən danışıb
09.04.2025 11:14

 İran rəsmilərinin yüksək səviyyəli səfəri ikitərəfli münasibətlərin və regional əməkdaşlığın gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. 

 Lakin o vurğulayıb ki, tam normallaşma yalnız 2023-cü ildə Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə ədalət bərpa edildikdən sonra mümkün olacaq.

“İran prezidentinin Bakıya səfərini gələcək əməkdaşlıq və regional inkişaf baxımından çox vacib hesab edirik,” –  Əliyev bildirib.

O qeyd edib ki, son aylar hər iki tərəfdən yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub və İran prezident seçkilərinin nəticələri və Tehrandan alınan mesajlar Azərbaycanda məmnunluqla qarşılanıb.

“Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlər qurmaq istəyirik,” –  o əlavə edib.

Prezident bildirib ki, Azərbaycan həm Orta Dəhliz, həm də Şimal–Cənub dəhlizi üzrə əsas tranzit ölkədir. 

 “Sadəcə xəritəyə baxmaq kifayətdir – Azərbaycansız bu əlaqə xətləri mümkün deyil” - o deyib.

O qeyd edib ki, ölkə ərazisində yol və dəmir yolu infrastrukturu artıq tam hazırdır və artırılmış yük həcmlərinə görə modernləşdirilir.

Əliyev enerji əməkdaşlığını da vurğulayıb, o cümlədən İrana elektrik ixracı və regional çoxtərəfli layihələrdə əməkdaşlıq məsələlərini qeyd edib.

Lakin prezident xəbərdarlıq edib ki, 2023-cü ildə Tehrandakı Azərbaycan səfirliyinə edilən və bir əməkdaşın öldüyü, ikisinin yaralandığı terror hücumu ilə bağlı məsələ hələ də həll olunmamış qalır.

 “Biz əminik ki, bu planlaşdırılmış terror aktı idi. Onun şəxsi motivlərlə törədildiyi iddiaları tamamilə əsassızdır”,  -  prezident deyib.

Əliyev hadisənin təfərrüatlarını bölüşərək bildirib ki, terrorçu Kalaşnikov avtomatı, çəkic və Molotov kokteyli ilə səfirliyə daxil olub, bir nəfəri qətlə yetirib, iki nəfəri ağır yaralayıb. “Təsəvvür edin, 40 dəqiqə ərzində Tehranın mərkəzində polis hadisəyə müdaxilə etməyib”.

Prezident cinayətkarın dərhal “psixi xəstə” elan edilməsini tənqid edərək bildirib ki, bu, ədaləti ləngitmək üçün bəhanədir. “İranda digər cinayətlər üzrə cəzanın icrası bir neçə ay çəkir, amma bu işdə artıq iki ildən çox vaxt keçib.”

Əliyev İranın yeni administrasiyasını əvvəlki hökumətin verdiyi vədi yerinə yetirməyə, həm terrorçunu, həm də onun arxasında dayanan şəxsləri cəzalandırmağa çağırıb.

 N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Siyasət 18:30
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Siyasət 17:43
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Siyasət 10:39
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Prezident onları təltif edib - sərəncam
Siyasət 10:37
Prezident onları təltif edib - sərəncam
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Siyasət 10:18
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 10:08
Ərdoğan İlham Əliyevə zəng edib
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Siyasət 18:04
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
Siyasət 10:57
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər
Siyasət 10:22
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol