Prezident İlham Əliyev və birinci xanım Türkiyədədir
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər ediblər.
Antalya Beynəlxalq Hava Limanında dövlət başçısı və birinci xanımı Antalya valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.