• $
  • £

Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evində olublar

Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evində olublar
15.04.2025 19:52

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.

1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi surətdə burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə daim maraqlanır, balacalara xüsusi qayğı ilə yanaşırlar.

Körpələr evinin 1930-cu ildə tikilən binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub.

Daim nəcib təşəbbüsləri ilə seçilən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onların savadlı olmasına xüsusi diqqətlə yanaşır. Beləliklə, gələcəyimiz olan uşaqlarla bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.

Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər.

Hazırda 1 saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Onların təhsil alması, idmanla məşğul olması və sağlamlıqlarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.

Müəssisənin sakinləri sevimli qonaqları olan Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmadı.

Heydər Əliyev Fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır, burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda quş qripinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Cəmiyyət 14:28
Azərbaycanda quş qripinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Milli Məclis dilənçilik edənlərin cərimələnməsini təsdiqləyib
Cəmiyyət 13:38
Milli Məclis dilənçilik edənlərin cərimələnməsini təsdiqləyib
Baş Prokurorluq ailəsini balta ilə öldürən Əhmədlə bağlı açıqlama yayıb
Cəmiyyət 13:32
Baş Prokurorluq ailəsini balta ilə öldürən Əhmədlə bağlı açıqlama yayıb
Metro bir saat sonra açılacaq - Yenilənir
Cəmiyyət 13:09
Metro bir saat sonra açılacaq - Yenilənir
Deputat: Hesablama Palatasının hesabatı dövlət vəsaitlərinin idarə olunmasında sistemli problemləri göstərir
Cəmiyyət 13:05
Deputat: Hesablama Palatasının hesabatı dövlət vəsaitlərinin idarə olunmasında sistemli problemləri göstərir
Əmiraslanov: rəqəmsal audit və süni intellekt Hesablama Palatası üçün əsas çağırışdır
Cəmiyyət 12:58
Əmiraslanov: rəqəmsal audit və süni intellekt Hesablama Palatası üçün əsas çağırışdır
“Azərsun Holdinq”in dəstəyi ilə “Vikipediya”nın 25 illiyi qeyd olundu
Cəmiyyət 12:43
“Azərsun Holdinq”in dəstəyi ilə “Vikipediya”nın 25 illiyi qeyd olundu
Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayı açıqlanıb
Cəmiyyət 12:30
Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayı açıqlanıb
Palata sədri bəzi hədəflərə tam nail olunmadığını açıqlayıb
Cəmiyyət 12:26
Palata sədri bəzi hədəflərə tam nail olunmadığını açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol