• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Yelo Bank, SİMA İmza ilə müştərilərə xidmət prosesini sürətləndirir

Yelo Bank, SİMA İmza ilə müştərilərə xidmət prosesini sürətləndirir
25.04.2025 14:51



Yelo Bank, fərdi sahibkar müştərilərinə daha sürətli və rahat həllər təqdim etmək üçün kredit rəsmiləşdirilməsi zamanı sənədlərin tam rəqəmsal şəkildə imzalanmasını təqdim edir. Artıq Bankın müştəriləri kağız daşıyıcılara qol çəkmədən, “SİMA İmza” istifadə edərək müqavilələri rahatlıqla imzalaya bilərlər.

Xidmət çərçivəsində Bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim edir. Müştəri isə “SİMA” mobil tətbiqində öz sahibkar sertifikatı ilə bu QR kodu skan edir, sənədlərlə tanış olur və bir kliklə bütün sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar öz dəyərli vaxtına qənaət edir və kağız sənədlərlə iş prosesindən azad olur.

Yelo Bank, həmçinin, mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyat prosesini daha da sadələşdirərək, müştərilərinə onlayn əmanət yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı da yaradır. Bank gələcəkdə də sahibkarların işini daha da asanlaşdıracaq rəqəmsal həllər təqdim etməyə davam edəcək.

Yelo Bank-dan mikro biznes kredit sifarişi üçün: //bit.ly/42Mruym.

Bank xidmətləri, o cümlədən mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol