• $
  • £

AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır

AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
25.04.2025 20:00

Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuşların coğrafiyasını genişləndirməyə davam edir. İyul ayından etibarən aviaşirkət Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabada birbaşa müntəzəm reyslərə başlayacaq.

AZAL-dan bildirilib ki, ilk uçuş iyulun 4-də baş tutacaq. Bakı-Əhmədabad-Bakı marşrutu üzrə reyslər həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.

Əhmədabad zəngin tarixi irsə və müasir həyata malik şəhərdir. Onun qədim hissəsi memarlıq nümunələri, mədəniyyət və dini ənənələrin sintezi ilə seçilir. Yeni Əhmədabad isə müasir göydələnlər, ticarət mərkəzləri və dinamik infrastrukturu ilə fərqlənir.

Hazırda AZAL Hindistanın Mumbai və Nyu-Dehli şəhərlərinə müntəzəm uçuşlar icra edir. Belə ki, Bakı-Mumbai-Bakı marşrutu üzrə həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri reyslər həyata keçirilir. İyunun 16-dan etibarən isə bu istiqamətdə uçuşlar hər gün nəzərdə tutulub.

Eyni zamanda, Bakıdan Nyu-Dehli istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər yerinə yetirilir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol