• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
27.04.2025 12:29

Aprelin 28-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Aprelin 28-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın hərbçilərlə bağlı yeni qərar
Cəmiyyət 20:03
Azərbaycanda qadın hərbçilərlə bağlı yeni qərar
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirilib
Cəmiyyət 20:00
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirilib
Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Cəmiyyət 19:58
Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 18:53
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Azərbaycanda oktyabrın ilk günləri hava qeyri-sabit keçəcək
Cəmiyyət 18:07
Azərbaycanda oktyabrın ilk günləri hava qeyri-sabit keçəcək

MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
Cəmiyyət 17:39
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
Cəmiyyət 17:21
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Cəmiyyət 16:49
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 16:31
Sabah bu ərazilərdə qaz kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol