• $
  • €
  • ₽
  • ₺
  • £

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb


İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
30.09.2026 17:57

İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moucani sosial mediada yaydığı açıqlamalarla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN məlumat yayıb.

Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili görüş zamanı İran səfirinə sosial mediada yaydığı açıqlamaların diplomatik fəaliyyətin əhatə dairəsindən kənara çıxdığını bildirib.

A.Xvtisiaşvilinin sözlərinə görə, bu cür açıqlamalar ictimai əhvali-ruhiyyəyə mənfi təsir göstərir. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və oxşar halların təkrarlanmayacağına ümid etdiyini deyib.

Nazir müavini İran səfirinin diqqətinə çatdırıb ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərdə müəyyən edilmiş normalara riayət etməli, həmçinin qəbul edən ölkənin tarixi və daxili məsələləri ilə bağlı şərhlərdən çəkinməlidirlər.

İranın Gürcüstandakı səfiri Əli Moucani "Facebook" səhifəsində Tbilisidəki İran səfirliyinin fasadında Gürcüstan kraliçası Ketevanın təsvirinin nümayiş etdirildiyini bildirib.

Səfir paylaşımında Ketevanın tarixi ilə bağlı ilkin araşdırma apardığını, İran və Gürcüstanda qorunan sənədlər və tarixi mənbələri araşdırdığını qeyd edib. O, araşdırmasının nəticələrini gələcəkdə paylaşacağını və təqdim ediləcək materialın rəsmi mövqe deyil, tarixçinin şəxsi baxışı və qiymətləndirməsi olduğunu vurğulayıb.

Əli Moucani həmçinin bu tarixi mövzuların gələcəkdə gürcü və iranlı tədqiqatçıların birgə araşdırmaları əsasında əlavə öyrənilməsinin mümkünlüyünü qeyd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da II Dünya Müharibəsindən sonra ilk əsgər edam ediləcək
Dünya 09:54
ABŞ-da II Dünya Müharibəsindən sonra ilk əsgər edam ediləcək
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
Dünya 23:58
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
Kanadanın Baş naziri Türkiyəyə səfər edəcək
Dünya 23:53
Kanadanın Baş naziri Türkiyəyə səfər edəcək
Pezeşkian ilk dəfə MDB sammitində iştirak edəcək
Dünya 23:15
Pezeşkian ilk dəfə MDB sammitində iştirak edəcək
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Dünya 22:19
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
Dünya 21:42
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
Fransa səfiri İran XİN-ə çağırılıb
Dünya 20:53
Fransa səfiri İran XİN-ə çağırılıb
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Dünya 18:16
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Ermənistan parlamentinin spikeri Azərbaycandan keçən əsgərdən danışıb
Dünya 17:09
Ermənistan parlamentinin spikeri Azərbaycandan keçən əsgərdən danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol