• $
  • £

General rütbəsinə malik hərbi qulluqçular üçün yaş həddi aradan qaldırılır

General rütbəsinə malik hərbi qulluqçular üçün yaş həddi aradan qaldırılır
01.05.2025 12:10

General rütbəsinə malik hərbi qulluqçular üçün yaş həddinin aradan qaldırılması ilə bağlı qanun layihəsi Azərbaycanın hərbi potensialının və peşəkar kadr resurslarının qorunmasına yönəlib. Bu barədə Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.  

Deputat qeyd edib ki, sözügedən qanun layihəsi hərbi xidmət keçmə qaydalarını tənzimləyir və general rütbəsində olan şəxslərin yaş məhdudiyyəti olmadan xidmətlərini davam etdirməsinə hüquqi zəmin yaradır.

“Layihənin əsas məqsədi odur ki, yüksək rütbəli və təcrübəli hərbi qulluqçular xidmətlərini davam etdirə bilsinlər. Bu, həm hərbi sahədə sabitliyin, həm də kadr ehtiyatının qorunmasına töhfə verəcək,” — Arzu Nağıyev vurğulayıb.

O əlavə edib ki, qanun layihəsi birinci oxunuşda ətraflı şəkildə müzakirə olunub, ikinci oxunuşda isə Müdafiə və Təhlükəsizlik Komitəsində nəzərdən keçirilərək plenar iclasa tövsiyə edilib. 

Layihə Milli Məclisin plenar iclasında maddələr üzrə səsverməyə çıxarılıb və ikinci oxunuşda qəbul edilib.

N.Təbrizli


 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Siyasət 21:24
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Siyasət 14:54
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir
Siyasət 13:56
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Siyasət 12:42
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
Siyasət 11:40
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Siyasət 11:17
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 20:25
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Siyasət 19:03
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol