• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib
22.04.2026 22:09

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edib.

Əvvəlcə hərbi təyinatlı müasir silah və döyüş texnikaları, həmçinin ərazidə bölmələrin yerləşməsi və mərhələlər üzrə icra olunacaq fəaliyyətlər haqqında məlumat verilib.

Planla tanışlıqdan sonra qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.

Təlim poliqonunda cəlb olunan iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.

Sonda təlimdə fərqlənən hərbi qulluqçular həvəsləndirilib və xatirə şəkli çəkdirilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol