• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon
ABŞ dolları məbləğində dəstək
01.05.2025 17:57

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10
milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim olunan bu kredit vəsaiti
Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOB)
maliyyələşdirilməsinə yönəldiləcək.


Bu əməkdaşlıq AYİB ilə Unibank arasında tərəfdaşlığın bərpasını ifadə etməklə yanaşı,
Azərbaycanda özəl sektorun inkişafı üçün əhəmiyyətli bir mərhələ sayılır. Əməliyyatın
məqsədi güclü və çevik maliyyə tərəfdaşı olan Unibank vasitəsilə ölkədəki KOB-ların
rəqabət qabiliyyətini artırmaq, onların maliyyə resurslarına çıxış imkanlarını
genişləndirməkdir.


Kredit vəsaitinin ayrılması ilə bağlı imzalanma mərasimində bildirilib ki, AYİB bununla
yanaşı, “Unibank”ın MKOB-lar üzrə kredit strategiyası, məhsulları və monitorinq
mexanizmlərinin inkişafına dəstək göstərəcək. Bu proses çərçivəsində bankda ekoloji və
sosial idarəetmə sisteminin formalaşdırılması da nəzərdə tutulur.


“Unibank”ın İdarə Heyəti sədrinin müavini Heybət Qədirov bildirib: “ Avropa
Yenidənqurma və İnkişaf Bankı ilə Unibank arasında əməkdaşlığın tarixi uzun illərə dayanır.
Biz çox məmnunuq ki, bu faydalı əməkdaşlıq yenidən başlayır. Unibank olaraq KOB
sektorunun inkişafını və ölkədə dayanıqlı iqtisadi artımı prioritet istiqamətlərimizdən biri
hesab edirik. Bu əməkdaşlıq bizə sahibkarlara daha çox maliyyə dəstəyi göstərmək imkanı
yaradacaq. Cəlb olunan vəsait “Unibank”ın KOB kreditləşməsi üzrə strategiyasını daha da
gücləndirəcək və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək.”


AYİB-in Azərbaycandakı rəhbəri Natali Mouravidze bildirib:


“Unibank kimi sistem əhəmiyyətli bir maliyyə tərəfdaşımızla əməkdaşlığımızı yenidən
başlatmaqdan məmnunuq. Bu kimi razılaşmalar ölkə iqtisadiyyatı üçün olduqca önəmlidir.
Təqdim olunan bu maliyyə paketi ilə biz həm yerli bizneslərin inkişafına dəstək oluruq, həm
də ölkənin maliyyə sektorunun kreditvermə potensialını gücləndiririk.”


Unibank haqqında:


Unibank KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. Bank həm fiziki,
həm də hüquqi şəxslərə geniş spektrli bank xidmətləri təqdim edir. Rəqəmsal bankçılıq və
sahibkarlığın dəstəklənməsi sahəsində tanınan Unibank, beynəlxalq maliyyə institutları ilə
əməkdaşlıq etməklə yerli bizneslər üçün yeni imkanlar yaradır.


AYİB haqqında
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə Azərbaycanda aparıcı institusional
investorlardan biri olmaqla, bu günədək ölkə üzrə demək olar ki, 200 layihəyə 4 milyard
avroya yaxın sərmayə qoyub. Bankın yenilənmiş ölkə strategiyası qeyri-neft sektorunun və
yaşıl iqtisadiyyatın inkişafını hədəfləyir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Nar" uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
Cəmiyyət 23:15
"Nar" uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
"Azercell" abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
Cəmiyyət 23:00
"Azercell" abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:59
Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var
Mingəçevirdə iki məktəblini maşın vurub
Cəmiyyət 20:05
Mingəçevirdə iki məktəblini maşın vurub
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 19:24
Bu ərazidə qaz olmayacaq
Nazirdən yeni təyinat
Cəmiyyət 19:07
Nazirdən yeni təyinat
“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlanıb
Cəmiyyət 18:29
“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlanıb
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:42
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Mayda müşahidə olunan hava açıqlanıb
Cəmiyyət 17:28
Mayda müşahidə olunan hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol