• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

FHN və AZAL birgə təlim keçirib - VİDEO

FHN və AZAL birgə təlim keçirib - VİDEO
03.05.2025 12:02

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Qəbələ Beynəlxalq Aeroportunda birgə xüsusi təlim keçirib.

Təlimin keçirilməsində məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.

Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimdə FHN-in yerli qurumlarının qüvvə və vasitələri, eyni zamanda “AZAL”ın müvafiq struktur bölmələri cəlb olunub.

Təlim zamanı ssenariyə uyğun simulyasiyalar üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimə ümumilikdə 58 nəfərdən ibarət şəxsi heyət, 10 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq
Cəmiyyət 14:59
Hava meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:30
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Sabah şimşək çaxacaq, leysan yağacaq
Cəmiyyət 12:17
Sabah şimşək çaxacaq, leysan yağacaq
Ağsuda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb edilib
Cəmiyyət 11:54
Ağsuda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb edilib
Balaxanıda yol qəzası baş verib - Video
Cəmiyyət 10:50
Balaxanıda yol qəzası baş verib - Video
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:36
Faktiki hava açıqlanıb
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Cəmiyyət 10:08
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Cəmiyyət 08:50
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Şəmkirdə istixana yanıb
Cəmiyyət 23:24
Şəmkirdə istixana yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol