• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
03.05.2025 12:55

Mayın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 3-dən 4-nə keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

Havanın temperaturu gecə +12 dərəcədən +15 dərəcəyədək, gündüz +17 dərəcədən +22 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək, dağlarda gecə +3 dərəcədən +7 dərəcəyədək, gündüz +7 dərəcədən +12 dərəcəyədək olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq
Cəmiyyət 14:59
Hava meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:30
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Sabah şimşək çaxacaq, leysan yağacaq
Cəmiyyət 12:17
Sabah şimşək çaxacaq, leysan yağacaq
Ağsuda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb edilib
Cəmiyyət 11:54
Ağsuda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb edilib
Balaxanıda yol qəzası baş verib - Video
Cəmiyyət 10:50
Balaxanıda yol qəzası baş verib - Video
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:36
Faktiki hava açıqlanıb
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Cəmiyyət 10:08
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Cəmiyyət 08:50
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Şəmkirdə istixana yanıb
Cəmiyyət 23:24
Şəmkirdə istixana yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol