• $
  • £

Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb

Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb
07.05.2025 21:26

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

Azərbaycan Milli Məclisinin sədrini salamlayan Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, bu səfərin parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Spiker Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi və digər sahələrdə sıx əməkdaşlığın mövcud olduğu qeyd edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, ölkə başçıları arasında fəal siyasi dialoq və müntəzəm təmaslar əməkdaşlığın inkişafında çox mühüm rol oynayır. Dövlət başçılarının müəyyən etdiyi strateji istiqamətlərin dövlət qurumları tərəfindən ardıcıl şəkildə reallaşdırılması əlaqələrin müxtəlif sahələr üzrə inkişafına imkan yaradıb və ölkələr arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Görüşdə dövlətlər arasında əməkdaşlığın mühüm bir istiqaməti kimi parlamentlər arasında da əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu bildirərək, səfər çərçivəsində apardığı danışıqlar barədə məlumat verib. O, dünən imzalanan Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edərək, bildirib ki, bu sənəd tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan verəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Siyasət 21:24
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Siyasət 14:54
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir
Siyasət 13:56
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Siyasət 12:42
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
Siyasət 11:40
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Siyasət 11:17
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 20:25
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Siyasət 19:03
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol