• $
  • £

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
10.05.2025 13:41

Ermənistanla sülh prosesi ilə bağlı bir sıra sahələrdə təmaslar davam edir.Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki,normallaşma prosesində hazırda İrəvan tərəfindən ciddi addımlar atılmır: "Azərbaycanın Ermənistandan gözləntiləri var. Bu, ərazi iddialarından əl çəkmək və ATƏT-in Minsk qrupunun ləğvidir. Biz bu prosesləri izləyirik. Əlaqələr var, amma hələlik ciddi addımlar müşahidə olunmayıb".

Bayramov onu da qeyd edib ki, Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası məsələsi ilə bağlı ilk təmaslar artıq olub və bu istiqamətdə işlər davam etdiriləcək. Azərbaycan Ermənistandan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat və kommunikasiya xətlərinin bağlanması ilə bağlı öhdəliklərini yerinə yetirməsini gözləyir.

O, işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsi ilə bağlı vəziyyəti də şərh edib: "2020-ci ilin noyabr ayından Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 400-ə yaxın mina hadisəsi qeydə alınıb. 70-ə yaxın insan həlak olub və ya ağır yaralanıb. Bu hadisələrin yarıdan çoxu mina sahəsinin xəritəsi ümumiyyətlə verilməyən ərazilərdə baş verib".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Siyasət 20:22
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Siyasət 19:31
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Siyasət 19:30
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
Siyasət 18:07
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Siyasət 17:33
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Mansur Yavaş CHP-dən istefa verib
Siyasət 15:25
Mansur Yavaş CHP-dən istefa verib

İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 12:29
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib
Siyasət 11:58
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol