• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

İmişlidə bayraq qalmaqalı böyüyür - İcra hakimiyyəti araşdırırmı?/Video

İmişlidə bayraq qalmaqalı böyüyür - İcra hakimiyyəti araşdırırmı?/Video
13.05.2025 14:38

 İmişli rayonunda 9 May Qələbə Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan bayrağı ilə yanaşı, keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) bayrağı da divara sancılıb. Hadisə rayon Ağsaqqallar Şurası tərəfindən təşkil olunan tədbirdə baş verib.

Bayrağın divara sancıldığını əks etdirən video və fotoşəkillər Şuranın sosial şəbəkə hesablarında yayılıb və ictimai qınağa səbəb olub.

İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev Anews.az-a bildirib ki, məsələ ilə bağlı hazırda araşdırma aparılır.

Tədbirin təşkilatçısı, İmişli Ağsaqqallar Şurasının sədri Saleh Səmədov baş verənləri təsdiqləyərək bildirib ki, bununla bağlı icra hakimiyyətindən ona heç bir xəbərdarlıq olunmayıb.

O, SSRİ bayrağının asılmasını belə izah edib:

"Bu müharibənin simvoludur. Orada atalarımız,babalarımız döyüşüb. Buna görə də o bayrağı asmışıq. Biz SSRİ dövründə yaşamışıq və bununla bağlı bir keçmişimiz var", - o bildirib. 

SSRİ-yə aid bayrağı haradan əldə etmisiz sualına cavabında  isə Səmədov bildirib ki, Azərbaycanda SSRİ bayrağını istənilən yerdən almaq olar. 

O həmçinin SSRİ bayrağını sancmalarını o dövrün nostaljisindən irəli gəldiyini də vurğulayıb. 

Ağsaqqallar Şurası sonradan yaydığı açıqlamada tədbirdə bir sıra şəxslərin — o cümlədən Azərbaycan Rus İcmasının birinci müavini Dmitri Yakovlevin, Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Yakovlevnanın və digər yerli nümayəndələrin çıxış etdiyini bildirib. Onlar çıxışlarında faşizm üzərində qələbəni xatırladaraq, iştirakçıları 80 illik yubiley münasibətilə təbrik ediblər.

Bu il Prezident İlham Əliyev Moskvada keçirilən ənənəvi Qələbə Paradında iştirak etməyib. Yerli mediada bu qərar Rusiya tərəfindən Azərbaycan təyyarəsinin vurulması və cəzasız qalan günahkarlar, Rusiya tərəfindən Azərbaycan mediasına qarşı kiberhücumlar və millət vəkili Azər Badamovun Rusiyadan deportasiyası ilə əlaqələndirilib.

Azərbaycanın Qələbə Paradında iştirakını isə yalnız 80 nəfərlik hərbi heyət təmin edib — bu da Azərbaycanın müstəqillik və suverenliyə verdiyi önəmin bir simvolu kimi qiymətləndirilir.

Gülnar Nazimqızı 

o

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:43
Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq
Cəmiyyət 22:00
Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Cəmiyyət 20:30
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Cəmiyyət 19:40
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:28
Bu ərazilərdə qaz olmayacaq
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Cəmiyyət 17:17
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Cəmiyyət 15:38
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəmiyyət 15:35
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Cəmiyyət 15:23
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol