• $
  • £

ABŞ Suriyaya qarşı sanksiyaları dayandıracaq - Tramp

ABŞ Suriyaya qarşı sanksiyaları dayandıracaq - Tramp
13.05.2025 21:11

ABŞ Suriyaya qarşı sanksiyalardan istifadəni dayandıracaq.Bu barədə ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib.

“Dövlət katibi Marko Rubionun bu həftənin sonunda Türkiyədə Suriyanın yeni xarici işlər naziri Əsəd əş-Şibani ilə görüşəcəyini elan etməkdən çox məmnunam. Ən önəmlisi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə etdikdən sonra Suriyaya qarşı sanksiyaların dayandırılmasına tapşırıq verəcəyəm. Onlara sülhə nail olmaq şansı vermək lazımdır”, - Tramp deyib.

O, Suriyanın yeni hökumətinin ölkədə vəziyyəti sabitləşdirə biləcəyinə ümid etdiyini vurğulayıb.

“Bu qədər pis şeylərin və ölümün baş verdiyi Suriyada yeni hökumət formalaşıb ki, biz hamımız onların ölkədəki vəziyyəti sabitləşdirə və sülhü qoruya biləcəyinə ümid edirik. Administrasiyam Livana iqtisadi inkişaf və qonşuları ilə sülh yaratmağa kömək etməyə hazırdır”, - ABŞ dövlət başçısı qeyd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Qəzzaya zərbəsi zamanı "Al Jazeera"nın jurnalisti həlak olub
Dünya 23:53
İsrailin Qəzzaya zərbəsi zamanı "Al Jazeera"nın jurnalisti həlak olub
Şahbaz Şərif və Asim Munirin ABŞ-İran danışıqlarında iştirakı gözlənilir
Dünya 22:30
Şahbaz Şərif və Asim Munirin ABŞ-İran danışıqlarında iştirakı gözlənilir
Rusiya Zaporojyeyə hücum edib, ölən və yaralananlar var
Dünya 20:58
Rusiya Zaporojyeyə hücum edib, ölən və yaralananlar var
İranın nümayəndə heyəti İsveçrəyə yola düşüb - Yenilənib
Dünya 19:39
İranın nümayəndə heyəti İsveçrəyə yola düşüb - Yenilənib
İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
Dünya 18:56
İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
Aralıq dənizində ardıcıl iki zəlzələ olub
Dünya 14:51
Aralıq dənizində ardıcıl iki zəlzələ olub
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb
Dünya 09:31
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb
Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır
Dünya 08:45
Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Dünya 23:33
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol