Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla mümkün nüvə sazişi üzrə danışıqlar aparmaq üçün İsveçrəyə yollanıb. Bu barədə “Axios”un jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüşlər İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmaya dair danışıqların ilkin mərhələsi kimi qiymətləndirilir.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner artıq İsveçrədədir və onun da müzakirələrdə iştirak edəcəyi gözlənilir.