• $
  • £

Putinin köməkçisi Ukrayna nümayəndə heyətinə şərt qoyub

Putinin köməkçisi Ukrayna nümayəndə heyətinə şərt qoyub
16.05.2025 08:45

Rusiya nümayəndə heyəti bu gün İstanbulda keçiriləcək danışıqlarda Ukrayna tərəfini yerli vaxtla saat 10:00-dan gözləyəcək. Bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski TASS-a bildirib.

“Səhər saat 10-dan etibarən Ukrayna tərəfini görüşə gözləyəcəyik. Biz danışıqlara tam hazırıq”, — o bildirib.

Medinski qeyd edib ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə birbaşa ikitərəfli danışıqlar üçün əvvəlcədən heç bir şərt irəli sürmədən İstanbula gəlib. Bundan əvvəl, cümə axşamı Rusiya tərəfi Türkiyənin xarici işlər naziri ilə görüş keçirib və Medinski bu görüşü “səmərəli” adlandırıb.

ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarda şəxsən iştirak etməyəcəyini bildirib.

Onun sözlərinə görə, Vaşinqtonu bu danışıqlarda daha aşağı səviyyəli rəsmilər təmsil edəcək. Rubio əlavə edib ki, danışıqlar zalında Türkiyə rəsmilərinin də iştirak edəcəyinə ümid edir.

“Bura gəlməyimizin səbəbi ruslarla ukraynalılar arasında birbaşa toqquşma riskinin olduğuna dair məlumat almağımızdır”, —  Rubio CNN-ə bildirib.

O əlavə edib ki, cümə günü Ukraynanın xarici işlər naziri və nümayəndə heyəti ilə görüşəcək. Bundan sonra ABŞ nümayəndə heyətinin bir üzvü danışıqlarda iştirak edəcək.

RIA Novosti agentliyi Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, mayın 16-da İstanbulda Rusiya–Ukrayna–Türkiyə və ABŞ–Ukrayna–Türkiyə formatlarında üçtərəfli görüşlər keçiriləcək.

Rusiya ilə Ukrayna arasında danışıqlar əvvəlcə mayın 15-nə təyin olunub.  lakin cümə axşamı axşam saatlarında onların cümə gününə keçirildiyi bildirilib.

Rusiya nümayəndə heyəti İstanbulda cümə axşamı səhər saatlarında olub və heyətə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

N.Təbrizli

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Milix Yevdayevi təltif edib
Siyasət 14:02
Prezident Milix Yevdayevi təltif edib
Zakir Həsənov Pakistana başsağlığı verdi
Siyasət 21:08
Zakir Həsənov Pakistana başsağlığı verdi
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Siyasət 14:06
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb - sərəncam
Siyasət 13:48
Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb - sərəncam
İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 11:11
İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Siyasət 19:14
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
İlham Əliyev Misir Prezidentini İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 11:23
İlham Əliyev Misir Prezidentini İnqilab Günü münasibətilə təbrik edib
Prezident fərman imzalayıb
Siyasət 15:37
Prezident fərman imzalayıb
Prezident Raufoğlu ilə bağlı sərəncam imzalayıb
Siyasət 14:33
Prezident Raufoğlu ilə bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol