• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
24.07.2026 11:11

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edərək onu doğum günü münasibətilə təbrik edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, dövlət başçısı Şavkat Mirziyoyevə uzun ömür, möhkəm cansağlığı, qardaş Özbəkistan xalqının firavanlığı naminə həyata keçirdiyi ali dövlət fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayıb.

Şavkat Mirziyoyev səmimi təbrikə və xoş arzulara görə İlham Əliyevə təşəkkür edib, Azərbaycan xalqına rifah və firavanlıq diləyib.

Telefon danışığı zamanı tərəflər Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb, ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

Prezidentlər həmçinin gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər, eləcə də ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol