• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Bakıda IV siniflər üzrə monitorinq təşkil olunacaq

Bu gün Bakıda IV siniflər üzrə monitorinq təşkil olunacaq
17.05.2025 08:50

Bu gün Bakının ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq təşkil olunacaq.Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.

Paytaxt üzrə monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın IV sinif şagirdi biliyini sınayacaq.

IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual əqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə vaxt veriləcək.

Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxuyub-anlama, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən isə insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, ətraf mühit və biz, qüvvə və hərəkət məzmun xətlərini əhatə edəcək.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Cari ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7 279 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib
Cəmiyyət 15:28
Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
Cəmiyyət 15:20
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol