• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtda növbəti təmizlik işləri aparılıb

Paytaxtda növbəti təmizlik işləri aparılıb
17.05.2025 11:30

Yaz mövsümü ilə əlaqədar Bakı şəhərinin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, may ayının 17-də paytaxtda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb.Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunmasıüçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcəkdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib
Cəmiyyət 15:28
Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
Cəmiyyət 15:20
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol