• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

Hikmət Hacıyev İranda yüksək səviyyəli görüşlər keçirib

Hikmət Hacıyev İranda yüksək səviyyəli görüşlər keçirib
19.05.2025 08:10

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai və İranın Milli Təhlükəsizlik Şurasının katibi Dr. Əkbər Əhmədianla görüşüb. Bu barədə o,  “X” sosial şəbəkəsində paylaşım edib.

Hacıyev Tehran Dialoq Forumunda “təkbətək” formatda çıxış edərək yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran əməkdaşlığının dərinləşdirilməsi və keyfiyyətcə yeni mərhələyə çatdırılması, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi barədə danışdığını bildirib.

“İran Prezidentinin Azərbaycana səfərinin davamı olaraq ikitərəfli dostluq münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə etdik,” —  Hacıyev vurğulayıb.

Hacıyev Tehranda keçirilən Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.

 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Yevlaxa səfər edib
Siyasət 11:23
Prezident İlham Əliyev Yevlaxa səfər edib
XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Siyasət 16:06
XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
Siyasət 14:30
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə görüşüb - Yenilənib
Siyasət 20:54
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə görüşüb - Yenilənib
Hikmət Hacıyevdən Laçın səfəri ilə bağlı növbəti paylaşım - Video
Siyasət 19:45
Hikmət Hacıyevdən Laçın səfəri ilə bağlı növbəti paylaşım - Video
İrana qarşı hərbi əməliyyatlar narahatlıq doğurur - Ceyhun Bayramov
Siyasət 18:56
İrana qarşı hərbi əməliyyatlar narahatlıq doğurur - Ceyhun Bayramov
Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının 51-ci sessiyasında iştirak edib
Siyasət 18:37
Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının 51-ci sessiyasında iştirak edib
Milli Məclisin növbəti iclası iyunun 24-də olacaq
Siyasət 17:02
Milli Məclisin növbəti iclası iyunun 24-də olacaq
İtaliya və Çin vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Siyasət 16:00
İtaliya və Çin vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol