• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb

Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
20.05.2025 10:48

Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb. Bu barədə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində Agentlik tərəfindən verilən təlimatların icra vəziyyəti, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması ilə bağlı istiqamətlər araşdırılır, məktəb direktorlarının fəaliyyəti peşəkar meyarlar əsasında qiymətləndirilir.

Mayda aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.

Belə ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 may 2025-ci il tarixdən xitam verilib.

Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.

Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparılmış, həmin direktorla olan əmək münasibətlərimizə son verilmişdir.

Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 09:43
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Nazirə yeni müşavir təyin olundu
Cəmiyyət 23:20
Nazirə yeni müşavir təyin olundu
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 22:06
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Litva Belarusa etiraz notası verib
Cəmiyyət 20:43
Litva Belarusa etiraz notası verib
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
Cəmiyyət 20:35
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 19:46
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Cəmiyyət 18:20
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Xətaidə obyekt yanır
Cəmiyyət 18:13
Xətaidə obyekt yanır

DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Cəmiyyət 16:19
DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol