• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

“Azercell”in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib

“Azercell”in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib
22.05.2025 19:29

21–22 may tarixlərində GSMA-nın təşkilatçılığı ilə Daşkənddə keçirilən “M360 Eurasia 2025” forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib.

Tədbir çərçivəsində regionda rəqəmsal inkişaf imkanlarının genişləndirilməsi, inklüziv rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal infrastrukturun inkişafı, investisiya imkanları və dayanıqlı tərəfdaşlıqların qurulması kimi aktual mövzular müzakirə olunub.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri cənab Şerzod Şermatov, GSMA-nın baş direktoru Vivek Badrinath və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) baş katibinin müavini Tomas Lamanauskas kimi yüksək vəzifəli şəxslərlə yanaşı forumun açılış sessiyasında çıxış edib.

“Rəqəmsal transformasiya sərhəd tanımır. Bu yol ümumi vizyon, regional əməkdaşlıq və birgə səylər tələb edir”, - deyə Zərinə Zeynalova bildirib.

Z. Zeynalova “Azercell”in son iki il ərzində Bakıda ev sahibliyi etdiyi “M360 Eurasia”nın nəticələrinə toxunaraq formalaşmış texnoloji dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra “Avrasiyanın rəqəmsal potensialı” mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edən Z. Zeynalova “Azercell”in şəbəkə modernizasiyası üzrə genişmiqyaslı layihəsini və “Aztelekom”un “Onlayn Azərbaycan” təşəbbüsünü ölkənin rəqəmsal transformasiyasını təşviq edən uğurlu nümunələr kimi təqdim edib.

Eyni zamanda, Z. Zeynalova dayanıqlı telekommunikasiya infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının tətbiqi, yeni nəsil şəbəkələrin yaradılması və ən əsası insan kapitalına yönəlmiş uzunmüddətli investisiyaların strateji əhəmiyyətini xüsusi olaraq qeyd

edib: “Məqsədimiz innovasiya və peşəkar insan resursları əsasında formalaşan gələcək nəsil rəqəmsal ekosistemi qurmaqdır.”

Forum çərçivəsində iştirakçılar sektorlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsal suverenliyin təmin olunması və regionun texnoloji liderlik potensialının artırılması istiqamətində fikir mübadiləsi aparıblar. “M360 Eurasia 2025” Avrasiyanın Asiya ilə Avropa arasında strateji rəqəmsal körpü rolunu bir daha təsdiqləyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirə yeni müşavir təyin olundu
Cəmiyyət 23:20
Nazirə yeni müşavir təyin olundu
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 22:06
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Litva Belarusa etiraz notası verib
Cəmiyyət 20:43
Litva Belarusa etiraz notası verib
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
Cəmiyyət 20:35
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 19:46
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Cəmiyyət 18:20
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Xətaidə obyekt yanır
Cəmiyyət 18:13
Xətaidə obyekt yanır

DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Cəmiyyət 16:19
DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Cəmiyyət 16:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol