• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Ağstafa sakini qanunsuz azadlıqdan məhrumetməyə görə həbs olunub

Ağstafa sakini qanunsuz azadlıqdan məhrumetməyə görə həbs olunub
23.05.2025 08:39

Ağstafa rayon sakini, 48 yaşlı Etibar Əliyev bir şəxsi qanunsuz olaraq azadlıqdan məhrum edib məcburi əməyə cəlb etdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, 2022-ci ilin aprelində Etibar Əliyev maddi çətinlik yaşayan Yaşar Əliyevə iş vəd edərək onu fermasına aparıb.

Daha sonra onun şəxsiyyət vəsiqəsi, hərbi bileti və müavinət kartını əlindən alıb, onu yararsız tikilidə yerləşdirib və hər gün mal-heyvana baxmağa məcbur edib. Onun qaçmasına imkan verilməyib, döyülüb və ac saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin əməkdaşları Yaşar Əliyevi azad ediblər.

Etibar Əliyev məhkəmədə ittihamları qəbul etməyib, guya zərərçəkənə maaş verdiyini və onun sərbəst hərəkət etdiyini bildirib. Lakin Yaşar Əliyev məhkəmədə zorla saxlandığını və döyüldüyünü təsdiqləyib.

Məhkəmə Etibar Əliyevi Azərbaycan Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi üzrə təqsirli bilərək 6 il həbs cəzası verib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirə yeni müşavir təyin olundu
Cəmiyyət 23:20
Nazirə yeni müşavir təyin olundu
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 22:06
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Litva Belarusa etiraz notası verib
Cəmiyyət 20:43
Litva Belarusa etiraz notası verib
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
Cəmiyyət 20:35
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 19:46
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Cəmiyyət 18:20
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Xətaidə obyekt yanır
Cəmiyyət 18:13
Xətaidə obyekt yanır

DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Cəmiyyət 16:19
DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Cəmiyyət 16:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol