• $ 1.7
  • € 1.9122
  • ₽ 0.02128
  • ₺ 0.0435
  • £ 2.2849

A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov M360 Eurasia 2025- də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov M360 Eurasia 2025-
də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
23.05.2025 12:54

21–22 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan M360 Eurasia
2025 tədbiri qlobal telekommunikasiya və texnologiya sektorunun diqqət mərkəzində olub.
Sənaye liderlərini bir araya gətirən bu platforma güclü kommunikasiya, strateji əməkdaşlıq
və innovativ həllər istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.
Tədbir çərçivəsində A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov
“Rəqəmsal inkişafda tərəfdaşlıqların rolu” mövzusuna həsr olunmuş panel müzakirəsində
əsas spiker qismində çıxış edib.


Panelin digər iştirakçıları sırasında JazzCash (əvvəlki MobiCash) şirkətinin prezidenti
Murtaza Ali, B.EST Solutions şirkətinin baş icraçi direktoru Yana Krimpe və Özbəkistan
İnformasiya Texnologiyaları Parkının Baş İcraçı Direktoru Abdulakhad Kuchkarov da yer
alıblar.
Çıxışı zamanı Həsən Həsənov strateji tərəfdaşlıqların verdiyi dəyər və yaratdığı imkanları
vurğulayaraq deyib: “A-Solutions olaraq inanırıq ki, rəqəmsal inkişafın əsasında düzgün
qurulmuş tərəfdaşlıqlar, ortaq dəyərlər və aydın məqsədlər dayanır. Müasir dövrdə rəqabət
artıq ayrı-ayrı şirkətlər arasında deyil, bütöv ekosistemlər arasında gedir. Ən böyük
nailiyyətlər qarşılıqlı etimad və ortaq məsuliyyətə əsaslanan əməkdaşlıqlarla mümkündür.
Belə tərəfdaşlıqlar məhsulu daha geniş bir platformaya, ideyanı isə yeni inkişaf
mərhələsinə daşıya bilər. Biz bu yanaşmanı bir strateji seçim olmaqla yanaşı, davamlı
uğura aparan yol kimi də dəyərləndiririk”.


O, həmçinin A-Solutions EPT MMC-nin əsas missiyasının ölkədə nağdsız əməliyyatları
təşviq etməklə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək olduğunu bildirib.
Xatırladaq ki, A-Solutions EPT MMC Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən lisenziyalaşdırılmış ilk elektron pul təşkilatıdır. “Azercell Telekom” MMC-nin
törəmə şirkəti olan A-Solutions fintex sahəsində təqdim etdiyi innovativ məhsul — akart
rəqəmsal kartı ilə telekommunikasiya və maliyyə texnologiyalarını bir araya gətirərək həm
yerli, həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.

Classification: Public
Qeyd edək ki, Azercell Telekom indiyədək iki dəfə M360 Eurasia tədbirinə baş sponsor
qismində dəstək verib, builki tədbirdə isə şirkətin rəhbər heyəti panel müzakirələrində fəal
iştirakını davam etdirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Cəmiyyət 12:01
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Bakıda voleybol festivalı keçiriləcək
Cəmiyyət 11:39
Bakıda voleybol festivalı keçiriləcək
Zaqatalada yol qəzası baş verib, sürücü ölüb
Cəmiyyət 11:05
Zaqatalada yol qəzası baş verib, sürücü ölüb
Çaylarda sululuq artıb
Cəmiyyət 10:36
Çaylarda sululuq artıb
Ötən gün bank kartlarından 3 min manata yaxın pul oğurlanıb
Cəmiyyət 10:28
Ötən gün bank kartlarından 3 min manata yaxın pul oğurlanıb
Xəzərdə zəlzələ olub
Cəmiyyət 09:48
Xəzərdə zəlzələ olub
Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
Cəmiyyət 08:49
Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Cəmiyyət 22:09
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Füzuli Hüseynova töhmət verilib
Cəmiyyət 22:00
Füzuli Hüseynova töhmət verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol