• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Anar Məmmədlinin cinayət işi üzrə məhkəmə hazırlıq iclasıkeçirilib

Anar Məmmədlinin cinayət işi üzrə məhkəmə hazırlıq iclasıkeçirilib
26.05.2025 13:05

Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Məlumata görə, məhkəmədə hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesində Anar Məmmədlinin vəkilinin yanında əyləşməsi ilə bağlı vəsatət təmin edilib.

Məhkəmə hazırliq iclası iyunun 2-dək təxirə salınıb.

Anar Məmmədli aprelin 30-da bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qaçaqmalçılıqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham olunaraq həbs edilib. Əvvəlcə ona "Abzas Media işi” ilə əlaqəli ittiham təqdim edilib.  Daha sonra onun işi ayrıca icraata ayrılıb.

Çoxsaylı beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalist və fəalları dərhal azad etməyə çağırıb.
 
Bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirə yeni müşavir təyin olundu
Cəmiyyət 23:20
Nazirə yeni müşavir təyin olundu
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 22:06
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Litva Belarusa etiraz notası verib
Cəmiyyət 20:43
Litva Belarusa etiraz notası verib
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
Cəmiyyət 20:35
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 19:46
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Cəmiyyət 18:20
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Xətaidə obyekt yanır
Cəmiyyət 18:13
Xətaidə obyekt yanır

DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Cəmiyyət 16:19
DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Cəmiyyət 16:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol