• $
  • €
  • ₽
  • ₺
  • £

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
29.05.2025 18:30

Gürcüstanın Abxaziya bölgəsində Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb. Bu barədə qondarma qurumun “Dövlət Təhlükəsizlik Xidməti” məlumat yayıb. 

Bildirilib ki, Qali rayonunda iki qrup xarici vətəndaşlar saxlanılıb və birinci qrupda iki Türkiyə vətəndaşı – 1997-ci il təvəllüdlü Selçuk Güren və 2001-ci il təvəllüdlü Doğan Bersan adlı şəxslər olub. 

Məlumata görə, Güren daha əvvəl Türkiyə ərazisində törədilən sifarişli qətlə görə, Bersan isə qətl və narkotik maddələrin dövriyyəsində iştirak üzrə axtarışda olublar. 

İkinci qrupda isə Azərbaycan vətəndaşları olan 1974-cü il təvəllüdlü Həsən Əzizov və 1990-cı il təvəllüdlü Namaz Təhməzli saxlanılıb. Onların mayın 26-da saxlanıldığı bildirilib.

Onlar Gürcüstanda cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziya ərazisində gizlənməyə cəhd ediblər. 

Saxlanılan şəxslərlə bağlı cinayət işi başladılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda şəkər xəstələrinin sayı artıb - rəsmi
Cəmiyyət 10:56
Azərbaycanda şəkər xəstələrinin sayı artıb - rəsmi
Bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
Cəmiyyət 10:20
Bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Cəmiyyət 09:37
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
Cəmiyyət 09:24
Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Cəmiyyət 00:06
Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
Cəmiyyət 20:46
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Cəmiyyət 19:58
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib
Cəmiyyət 19:03
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol