• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
05.06.2025 18:35

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 51908 nəfərdən 354 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 9 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11 iyun saat 10:00-dan 13 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:16
Sabah yağış gözlənilir - Hava proqnozu
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Cəmiyyət 11:57
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Cəmiyyət 11:41
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
Cəmiyyət 11:08
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol