• $
  • £

AZAL bayramla əlaqədar Naxçıvana reyslərin sayını artırıb

AZAL bayramla əlaqədar Naxçıvana reyslərin sayını artırıb
07.06.2025 10:01

Qurban bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

7-15 iyun tarixləri arasında bu istiqamətdə ümumilikdə 121 reys həyata keçiriləcək.

Reyslərin ən çox həyata keçiriləcəyi gün 9 iyun tarixidir - həmin gün 20 reysin icrası nəzərdə tutulur. Bu tarixdə pik sərnişin axını gözlənilir, çünki bayram günlərindən sonra vətəndaşların Bakıya geri dönüşü məhz həmin günə təsadüf edir. 

Digər tarixlər üzrə reyslərin sayı belədir: 7 iyun tarixində 15 reys, 8 iyunda 14 reys, 10 iyunda 13 reys, 11 iyunda 14 reys, 12 və 13 iyun tarixlərində hər birində 12 reys, 14 iyunda 10 reys və 15 iyun tarixində 11 reys yerinə yetiriləcək.

Bu göstərici adi günlərdə Naxçıvan istiqamətdə orta hesabla yerinə yetirilən 8–9 reyslə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Əlavə reyslər Qurban bayramı günlərində sərnişinlərin yaxınlarını ziyarət edə bilmələri üçün təşkil olunub. AZAL bu məqsədlə bütün zəruri tədbirləri həyata keçirir.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Cəmiyyət 13:40
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Cəmiyyət 13:32
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Gədəbəydə 1 yaşlı uşaq ölüb
Cəmiyyət 13:00
Gədəbəydə 1 yaşlı uşaq ölüb
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Cəmiyyət 12:38
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Sabah yağış yağacaq - Proqnoz
Cəmiyyət 12:26
Sabah yağış yağacaq - Proqnoz
Üç ölkədə HiPP uşaq qidasında zəhərli maddə aşkar edilib
Cəmiyyət 12:13
Üç ölkədə HiPP uşaq qidasında zəhərli maddə aşkar edilib
Pezeşkyan: İran gərginliyin azaldılması üçün diplomatiyanı prioritet sayır
Cəmiyyət 12:11
Pezeşkyan: İran gərginliyin azaldılması üçün diplomatiyanı prioritet sayır
DYP: Əlverişsiz hava şəraiti yol hərəkətində riskləri artırır
Cəmiyyət 11:54
DYP: Əlverişsiz hava şəraiti yol hərəkətində riskləri artırır
Şagirdlər bu bufetlərdən qidalar alır - məktəblərin siyahısı
Cəmiyyət 11:12
Şagirdlər bu bufetlərdən qidalar alır - məktəblərin siyahısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol