• $
  • £

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
07.06.2025 10:48

İyunun 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Oğuzda 59, Qəbələdə 42, Şamaxıda 37, Qaxda 35, Şəkidə 24, Zaqatala və Balakəndə 13, Tərtər, Quba və Qobustanda 12, Bakıda və Abşeron yarımadasında 11, Şahdağda 10, İsmayıllı, Xınalıq, Ordubad, Mingəçevir, Zərdab, Zəngilan, Qusar, Şahbuz, Beyləqan, Sabirabad, Göyçay, Altıağac, Göygöl, Kürdəmir, Xaltan, Naftalan, Lerik, Şirvan, Beyləqan, Şabran, Yevlax, Füzuli, Kəlbəcər, Goranboy, Gədəbəy, Neftçala, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Ağdam, Yardımlı və Culfada 1-9 mm-dək olub.

Şahdağda isə qar yağıb.

İyunun 7-si saat 00:55 radələrində Qazaxda diametri 15 mm olan dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 31, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti 7-si axşam əksər rayonlarda tədricən kəsiləcək, 8-də əsasən yağmursuz keçəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Cəmiyyət 13:40
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Cəmiyyət 13:32
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Gədəbəydə 1 yaşlı uşaq ölüb
Cəmiyyət 13:00
Gədəbəydə 1 yaşlı uşaq ölüb
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Cəmiyyət 12:38
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Sabah yağış yağacaq - Proqnoz
Cəmiyyət 12:26
Sabah yağış yağacaq - Proqnoz
Üç ölkədə HiPP uşaq qidasında zəhərli maddə aşkar edilib
Cəmiyyət 12:13
Üç ölkədə HiPP uşaq qidasında zəhərli maddə aşkar edilib
Pezeşkyan: İran gərginliyin azaldılması üçün diplomatiyanı prioritet sayır
Cəmiyyət 12:11
Pezeşkyan: İran gərginliyin azaldılması üçün diplomatiyanı prioritet sayır
DYP: Əlverişsiz hava şəraiti yol hərəkətində riskləri artırır
Cəmiyyət 11:54
DYP: Əlverişsiz hava şəraiti yol hərəkətində riskləri artırır
Şagirdlər bu bufetlərdən qidalar alır - məktəblərin siyahısı
Cəmiyyət 11:12
Şagirdlər bu bufetlərdən qidalar alır - məktəblərin siyahısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol