• $
  • £

Sürücülük vəsiqəsində göstərilən məlumatlar EHİS-dən əldə ediləcək

Sürücülük vəsiqəsində göstərilən məlumatlar EHİS-dən əldə ediləcək
07.06.2025 13:05

Sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.

Qərar qəbul edildiyi gündən 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılıb ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görsün.

Qərar mayın 22-də qəbul edilib, iyunun 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyunun 4-də qüvvəyə minib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Cəmiyyət 13:40
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Cəmiyyət 13:32
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Gədəbəydə 1 yaşlı uşaq ölüb
Cəmiyyət 13:00
Gədəbəydə 1 yaşlı uşaq ölüb
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Cəmiyyət 12:38
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Sabah yağış yağacaq - Proqnoz
Cəmiyyət 12:26
Sabah yağış yağacaq - Proqnoz
Üç ölkədə HiPP uşaq qidasında zəhərli maddə aşkar edilib
Cəmiyyət 12:13
Üç ölkədə HiPP uşaq qidasında zəhərli maddə aşkar edilib
Pezeşkyan: İran gərginliyin azaldılması üçün diplomatiyanı prioritet sayır
Cəmiyyət 12:11
Pezeşkyan: İran gərginliyin azaldılması üçün diplomatiyanı prioritet sayır
DYP: Əlverişsiz hava şəraiti yol hərəkətində riskləri artırır
Cəmiyyət 11:54
DYP: Əlverişsiz hava şəraiti yol hərəkətində riskləri artırır
Şagirdlər bu bufetlərdən qidalar alır - məktəblərin siyahısı
Cəmiyyət 11:12
Şagirdlər bu bufetlərdən qidalar alır - məktəblərin siyahısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol