Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb – Yenilənib
Bakıda Böyükşor gölü yaxınlığında baş verən qəzada 3 nəfər ölüb.
Bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İlkin məlumata görə, "Shacman" markalı yük avtomobili və "Wolkvagen" markalı minik avtomobili toqquşub.
14:22
Bakıda Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, minik və yük avtomobilləri toqquşub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Son xəbərlər
Daha çox