• $
  • £

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib
07.06.2025 19:36

İyunun 6-da Praqa şəhərində Azərbaycan Respublikası və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Çex Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yan Maryan rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb.

İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Azərbaycanın təşəbbüskarı və fəal tərəfdaşı olduğu mühüm nəqliyyat layihələri, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində ölkəmizin strateji rolu yüksək qiymətləndirilib.

Eyni zamanda, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında regional və beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı Fariz Rzayev, həmçinin digər ikitərəfli görüşlər keçirib, eləcə də aparıcı araşdırma və beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Siyasət 21:24
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Siyasət 14:54
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir
Siyasət 13:56
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Siyasət 12:42
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
Siyasət 11:40
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Siyasət 11:17
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 20:25
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Siyasət 19:03
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol