• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Naxçıvanda kütləvi zəhərlənmə olub - Yenilənib

Naxçıvanda kütləvi zəhərlənmə olub - Yenilənib
09.06.2025 12:34

Bu gün Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub.Bunu Mərkəzin həkim-infeksionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, daxil olarkən pasiyentlərin əksəriyyətinin vəziyyəti orta-ağır, ikisinin isə daha ağır olub:

"Digər 9 nəfər azyaşlıdır. Aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası həmin şəxslər tam klinik sağalma ilə evə buraxılıb. Onlardan üçü ayrı ailə üzvləri, 5 nəfər bir, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olublar. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu ehtimal edilir".

09:29

Naxçıvanda kütləvi zəhərlənmə olub.Bu barədə "Report" xəbər verir.

Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dənizdən cəsəd çıxarıldı
Cəmiyyət 22:22
Dənizdən cəsəd çıxarıldı
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
Cəmiyyət 19:33
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
Bakıda məktəb direktoruna sosial şəbəkələrdəki şikayətlərdən sonra töhmət verilib
Cəmiyyət 18:56
Bakıda məktəb direktoruna sosial şəbəkələrdəki şikayətlərdən sonra töhmət verilib
Süraxanı sakini məsciddə qətlə yetirilib – şübhəli şəxs saxlanılıb - TƏFƏRRÜATLAR
Cəmiyyət 18:43
Süraxanı sakini məsciddə qətlə yetirilib – şübhəli şəxs saxlanılıb - TƏFƏRRÜATLAR
Azərbaycan və Vatikan dini əməkdaşlıq haqqında sənəd imzalayıb
Cəmiyyət 18:20
Azərbaycan və Vatikan dini əməkdaşlıq haqqında sənəd imzalayıb
Azərbaycanda qadağan olunan adlar yoxdur - Ədliyyə Nazirliyi
Cəmiyyət 18:05
Azərbaycanda qadağan olunan adlar yoxdur - Ədliyyə Nazirliyi
“Azəriqaz”dan kollektiv cəza — 25 borcluya görə, yüzlərlə sakin qazsız qalıb- ŞIKAYƏT
Cəmiyyət 17:46
“Azəriqaz”dan kollektiv cəza — 25 borcluya görə, yüzlərlə sakin qazsız qalıb- ŞIKAYƏT
Bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
Cəmiyyət 17:45
Bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
ADY: Azərbaycana Çindən gələn blok-qatarların sayı iki dəfədən çox artıb
Cəmiyyət 17:39
ADY: Azərbaycana Çindən gələn blok-qatarların sayı iki dəfədən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox