• $
  • £

ABŞ defolt təhlükəsi ilə üzləşə bilər

ABŞ defolt təhlükəsi ilə üzləşə bilər
11.06.2025 23:25

ABŞ maliyyə naziri Skot Bessent ölkənin dövlət borcuna görə defoltla qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

O, bu fikirləri Nümayəndələr Palatasının Gəlir və Xərclər Komitəsinin dinləmələrində səsləndirib.

Nazir qeyd edib ki, hazırda ABŞ-nin 36,9 trilyon dollardan çox dövlət borcu mövcuddur və bu borcun ödənilməsi üçün mövcud vəsait yayın ortalarında və ya sonlarında tükənə bilər. Bessent konkret tarix açıqlamasa da, borc tavanının qaldırılmasının zəruriliyini vurğulayıb.

Nazir daha əvvəl də xəbərdarlıq etmişdi ki, əgər Konqres borc limitini artırmasa, ölkə avqusta qədər defoltla üzləşə bilər. Bu səbəbdən iyulun ortalarına qədər müvafiq qərarın qəbul edilməsi vacib sayılır.

Mart ayında ABŞ Konqresinin Büdcə Ofisi də borc tavanının artırılmaması halında defolt riskinin avqust və ya sentyabrda reallaşa biləcəyini bildirmişdi. Ofisin uzunmüddətli proqnozuna görə, 2034-cü ilə qədər ABŞ dövlət borcunun 50 trilyon dolları keçəcəyi gözlənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Zaporojyeyə hücum edib, ölən və yaralananlar var
Dünya 20:58
Rusiya Zaporojyeyə hücum edib, ölən və yaralananlar var
İranın nümayəndə heyəti İsveçrəyə yola düşüb - Yenilənib
Dünya 19:39
İranın nümayəndə heyəti İsveçrəyə yola düşüb - Yenilənib
İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
Dünya 18:56
İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
Aralıq dənizində ardıcıl iki zəlzələ olub
Dünya 14:51
Aralıq dənizində ardıcıl iki zəlzələ olub
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb
Dünya 09:31
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb
Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır
Dünya 08:45
Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Dünya 23:33
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
İngiltərədə qatarlar toqquşub, xəsarət alanlar var
Dünya 23:11
İngiltərədə qatarlar toqquşub, xəsarət alanlar var
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Dünya 22:30
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol