• $
  • £

Bu müavinətlərin məbləği artırılıb - Fərman

Bu müavinətlərin məbləği artırılıb - Fərman
12.06.2025 17:11

Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;

- ailə başçısını itirməyə görə 140 manat;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;

- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;

- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;

- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat;

- uşağın anadan olmasına görə 600 manat;

- dəfn üçün 600 manat.

Bundan başqa, iyulun 1-dən Prezident təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən olunub:

- “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 200 manat;

- Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2 000 manat;

- şəhid ailəsi üçün 700 manat;

- 20 Yanvar şəhidinin ailəsi üçün 700 manat;

- Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat;

- müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;

orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;

orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat;

ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat;

- ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Siyasət 21:24
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Siyasət 14:54
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir
Siyasət 13:56
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Siyasət 12:42
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
Siyasət 11:40
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Siyasət 11:17
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 20:25
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Siyasət 19:03
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol