• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

AZAL təyyarəsinin vurulma əmrini Rusiya Müdafiə Nazirliyi verib - İDDİA/video

AZAL təyyarəsinin vurulma əmrini Rusiya Müdafiə Nazirliyi verib - İDDİA/video
01.07.2025 16:48

AZAL təyyarəsinin vurulma əmrini  Rusiya Müdafiə Nazirliyi verib. Bu barədə  2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus Embraer E190 təyyarəsi ilə bağlı sensasiyalı sənədlər daxil olub.

Anonim göndərilən materiallar arasında hava hücumundan müdafiə bölməsinin kapitanı tərəfindən yazıldığı iddia edilən izahat məktubu, səsli mesajlar, videolar və texniki detallı məlumatlar yer alır.

Məktubda, özünü kapitan Dmitri Sergeyeviç Paladçuk kimi təqdim edən şəxs bildirir ki, Qroznı şəhərinin müdafiəsi üçün döyüş növbəsində olub və 25 dekabr səhər saatlarında birbaşa Rusiya Müdafiə Nazirliyindən hədəfi məhv etmə əmri alıb.

“08:11-də radar stansiyası naməlum hədəf aşkarladı, 08:13-də telefonla həmin hədəfi məhv etməyə əmr aldım. Duman səbəbindən vizual görüntü yox idi. İlk raket hədəfi vura bilmədi, ikinci atəş əmrini verdim və raketin qəlpələri təyyarəni zədələdi,” –  izahatda qeyd olunur.

Redaksiya məktubun orijinallığını təsdiq edə bilməsə də, onun istintaq və ictimaiyyət üçün əhəmiyyətini nəzərə alaraq, sənədləri dərc etdiyini bildirir. Üstəlik, məktuba əlavə olunan və 3 müxtəlif səs sahibinə məxsus olduğu bildirilən səsli mesajlar, əmrin verilməsi və iki dəfə atəş açılması faktını təsdiqləyir.

"Bu məlumatlar Azərbaycan Respublikasının aidiyyəti istintaq orqanları üçün mühüm sübut ola bilər və məsələ ilə bağlı geniş araşdırma aparılacağı gözlənilir", - Minval qeyd edib.

Azərbaycan hökuməti hələlik yayımlanan materiallarla bağlı rəsmi mövqe açıqlamayıb. Sənədlərin həqiqiliyi təsdiqlənməmiş qalır.

 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol