• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Bakı Rusiya rəsmisinin mədəniyyət tədbirlərinin ləğvi ilə bağlı tənqidini rədd edib

Bakı Rusiya rəsmisinin mədəniyyət tədbirlərinin ləğvi ilə bağlı tənqidini rədd edib
01.07.2025 17:06

Azərbaycan Xarici İşlər Nazirliyi, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun ölkədə Rusiya mədəniyyət tədbirlərinin ləğvi ilə bağlı açıqlamasına cavab verib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bildirdiyinə görə, Şvıdkoyun fikirləri "kontekstdən çıxarılıb" və Azərbaycan tərəfinin qərarını "təhrif etməyə" cəhddir.

Nazirlik bəyan edib ki, Yekaterinburq şəhərində azərbaycanlılara qarşı Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi zorakı əməliyyatlar və bunun nəticəsində iki vətəndaşın həlak olması, ikitərəfli münasibətlərə zərbə vurub.

Məhz bu səbəbdən Rusiya mədəniyyət tədbirlərinin ləğvi "qanuni və adekvat" addım kimi qiymətləndirilir.

Şvıdkoyun, tədbirlərin ləğvinin "Azərbaycanın mədəni mühitini yoxsullaşdırdığı"na dair fikrinə cavab olaraq, XİN rəsmisi qeyd edib ki, Azərbaycan zəngin və çoxəsrlik mədəniyyətə sahibdir və bu qərarın ölkənin mədəni mənzərəsinə mənfi təsiri yoxdur.

Azərbaycan tərəfi həmçinin qeyd edib ki, ölkə Rusiya ilə qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində münasibətlərin davam etdirilməsinə sadiqdir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol