• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib

Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
01.07.2025 17:39

Azərbaycan Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq və qeyri-insani rəftarla bağlı Rusiyaya rəsmi etiraz notası təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi iyulun 1-də məlumat yayıb.

Nazirliyin mətbuat katibi Ayxan Hacızadənin bildirdiyinə görə, səfir Rəhman Mustafayevin iyulun 1-də Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşü zamanı təqdim olunan notada azərbaycanlı, o cümlədən Rusiya vətəndaşlığı olan şəxslərin xüsusi qəddarlıqla döyülərək öldürülməsi və işgəncəyə məruz qalması ciddi şəkildə pislənilib.

“Bu hərəkətlər Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqla tanınan insan hüquqlarına ziddir,” – Hacızadə bildirib.

O, Moskvanın məsələ ilə bağlı obyektiv istintaq aparmalı və məsul şəxsləri qanun qarşısında cavab verməyə çağırdıqlarını əlavə edib.

Azərbaycan tərəfi həmçinin reydlər zamanı və mediada azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlükdən ciddi narahatlıq keçirdiyini qeyd edib. Hadisələr Azərbaycanda geniş ictimai qəzəb doğurub.

Görüş zamanı Azərbaycan həmçinin “Rossiya Seqodnya” agentliyinin Bakıdakı “Sputnik-Azərbaycan” filialında aparılan əməliyyat-axtarış tədbirləri ilə bağlı da mövqeyini açıqlayıb.

Rəsmi Bakı bildirib ki, həmin tədbirlər ölkə qanunvericiliyinə və beynəlxalq öhdəliklərə tam uyğundur. Fevral ayında agentliyin fəaliyyətinin hüquqi əsası olmadığı bildirilib və 3 gün ərzində fəaliyyətin dayandırılması barədə rəsmi bildiriş verilib. Lakin agentlik qeyri-qanuni şəkildə fəaliyyətini davam etdirib.

DİN faktla bağlı cinayət işi başladıldığını və istintaqın davam etdiyini bildirib.

“Rusiya tərəfinin narazılığı üçün heç bir əsas yoxdur,” –  Hacızadə bildirib.

O əlavə edib ki, Azərbaycan tərəfinin tədbirləri tam qanunidir və ikitərəfli münasibətlər ruhuna zidd deyil.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol