• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN

Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
02.07.2025 17:13

Azərbaycan Xarici İşlər Naziriyi Rusiyanın addımlarının ikitərəfli münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhuna zidd olduğu qeyd edib və gərginliyin aradan qaldırılması üçün Moskva müvafiq tədbirlər görməyə çağırıb. Bu barədə Nazirlik Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovı nazirliyə çağıraraq bildirib. 

Görüşdə nazir müavini Araz Əzimov Rusiya tərəfinin son dövrlərdəki qeyri-dost addımları ilə bağlı etirazı səfirin diqqətinə çatdırıb.

Nazirlikdən verilən məlumata görə, 27 iyun tarixində Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara Rusiya hüquq-mühafizə orqanları tərəfindən edilən reydlər zamanı iki nəfərin həlak olması və bir neçə şəxsin xəsarət alması ciddi narahatlıq doğurub. Azərbaycan tərəfi hadisə ilə bağlı Rusiyanın izahatının ekspertiza nəticələri ilə ziddiyyət təşkil etdiyini bildirib.

Görüşdə həmçinin Rusiya mediasında yayılan etnik ayrı-seçkilik xarakterli açıqlamalara, o cümlədən azərbaycanlıların “etnik cinayətkar qrup” kimi təqdim edilməsinə etiraz ifadə olunub.

Azərbaycan tərəfi “Sputnik-Azərbaycan” ofisində aparılan istintaqla bağlı Rusiyanın iradlarını əsassız saydığını, tədbirlərin milli qanunvericiliyə uyğun həyata keçirildiyini bildirib.

Bununla yanaşı, Azərbaycan Hava Yollarına məxsus təyyarənin ötən ilin sonunda Rusiyanın hava məkanında vurulması ilə bağlı araşdırmaların qeyri-şəffaf aparıldığı, Rusiya mediasında ölkəyə qarşı davam edən dezinformasiya kampaniyasının iki ölkə münasibətlərinə mənfi təsir göstərdiyi vurğulanıb.

Azərbaycan tərəfi, Rusiya hökumətindən insidentlərin hərtərəfli araşdırılmasını, günahkarların cəzalandırılmasını və zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyini bəyan edib.

Görüşün sonunda Rusiyanın addımlarının ikitərəfli münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhuna zidd olduğu qeyd olunub və gərginliyin aradan qaldırılması üçün Moskva müvafiq tədbirlər görməyə çağırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol