• $
  • £

Pentaqon Ukraynaya silah tədarükünü dayandırıb — Politico

Pentaqon Ukraynaya silah tədarükünü dayandırıb — Politico
03.07.2025 10:45

ABŞ Müdafiə Nazirliyinin Ukraynaya bəzi silah növlərinin tədarükünü dayandırmaq qərarı yüksək vəzifəli respublikaçılar, Avropa rəsmiləri və ABŞ Dövlət Departamentinin bəzi əməkdaşları üçün gözlənilməz olub. Bu barədə Politico nəşri diplomatik mənbələrə istinadla yazıb.

Məlumata görə, Pentaqon qərarı nə Dövlət Departamentinin əsas rəsmilərinə, nə də bəzi Konqres üzvlərinə əvvəlcədən bildirməyib.

ABŞ-ın Kiyevdəki səfirliyi və Ukrayna üzrə xüsusi elçi Kit Kelloqla da heç bir məsləhətləşmə aparılmayıb.

Qərarın əsas səbəbi ABŞ-ın silah anbarlarında bəzi sistemlərin tükənməsi ilə bağlı Müdafiə nazirinin müavini Elbric Kolbi və onun müşavirlərinin narahatlığı olub.

Politico yazır ki, nə Ukrayna Prezidenti Volodimir Zelenski, nə də Avropa İttifaqı rəhbərliyi əvvəlcədən bu barədə məlumatlandırılmayıb.

Ağ Evin nümayəndəsi isə bu məlumatları təkzib edib. “Bu, həqiqətə uyğun deyil. Prezident [Donald Tramp] və yüksək səviyyəli rəsmilər Pentaqondan yardımların ‘Amerika hər şeydən əvvəl’ siyasətinə uyğun olaraq mütəmadi yenidən qiymətləndirilməsini gözləyirlər,” –  açıqlamada bildirilib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol