• $
  • £

Paşinyan bütün ermənilərin katolikosu üçün növbədənkənar seçkilər tələb edir

Paşinyan bütün ermənilərin katolikosu üçün növbədənkənar seçkilər tələb edir
03.07.2025 12:07

Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu vəzifəsinə növbədənkənar seçkilərin keçirilməsinin vacibliyini bildirib. O, bu barədə sosial şəbəkələrdə paylaşım edib.

“Növbədənkənar seçkilər mütləq keçirilməlidir. Amma bu, bütün ermənilərin katolikosu üçün növbədənkənar seçkilər olmalıdır,” –  o qeyd edib.

Paşinyan mayın sonundan etibarən katolikos II Qaregin və Ermənistan Apostol Kilsəsinin rəhbərliyini tənqid edir, onları dini öhdəlikləri pozmaqda və siyasi fəaliyyətlə məşğul olmaqda ittiham edir.

O, II Qaregini vəzifəsini tərk etməyə çağırır.

Hökumət ilə kilsə arasında gərginlik arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” hərəkatının təşkil etdiyi etirazlardan sonra artıb.

Qalstanyan iyunun sonunda hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq saxlanılıb.

Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan da konstitusiya quruluşunun devrilməsinə çağırışlarda ittiham olunaraq həbs edilib.

Ümumilikdə bu iş üzrə 15-dən çox şəxs saxlanılıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol