• $
  • £

Tramp Maskı tənqid edib

Tramp Maskı tənqid edib
07.07.2025 07:06

ABŞ-ın sabiq prezidenti Donald Tramp milyarder İlon Maskın “Amerika Partiyası” adlı yeni siyasi təşkilat yaratmaq planlarını sərt şəkildə tənqid edib. Tramp Maskın "son beş həftə ərzində fəlakətə çevrildiyini" və “tamamilə nəzarətdən çıxdığını” bildirib.

"İlon Maskın necə özünü itirdiyini izləmək kədərlidir. O, indi hətta üçüncü siyasi partiya yaratmaq istəyir – halbuki bu cür təşəbbüslər ABŞ-da heç vaxt uğur qazanmayıb. Sistem buna uyğun deyil. Üçüncü partiyalar yalnız xaos və dağınıqlıq gətirir. Onsuz da bizdə radikal solçu demokratların sayəsində kifayət qədər xaos var", – Tramp Truth Social platformasında yazıb.

Tramp daha sonra jurnalistlərə verdiyi açıqlamada Maskın təşəbbüsünü “gülünc” adlandırıb.

"Üçüncü partiya yaratmaq gülüncdür. Biz Respublikaçılar Partiyası ilə böyük uğurlar əldə etmişik. ABŞ-da iki partiyalı sistem formalaşıb və üçüncü partiyalar yalnız qarışıqlıq yaradır", -  deyə Tramp bildirib.

Bu şərhlər iyulun 6-da Maskın ABŞ Federal Seçki Komissiyasına (FEC) “Amerika Partiyası” (America Party, AMEP) adlı siyasi təşkilatın qeydiyyatı üçün rəsmi müraciət göndərməsindən sonra səsləndirilib. Hazırda sənəd "emal olunmamışlar" statusundadır.

İyulun 5-də Mask sosial şəbəkəsi X platformasında sorğu keçirərək yeni partiya qurmaq niyyətini elan edib.

1,2 milyon nəfər iştirak edib və səs verənlərin 65,4 faizi təşəbbüsə dəstək verib. Mask bu partiyanın məqsədini “azadlığı geri qaytarmaq” kimi təqdim edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol