• $
  • £

Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub

Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
07.07.2025 07:22

Rusiya Silahlı Qüvvələri iyulun 6-da Ukraynanın Sumi vilayətində yerləşən Bititski starostluq dairəsinə dörd zərbə PUA-sı ilə hücum edib.

İlkin məlumatlara görə, bir nəfər ölüb, biri isə yaralanıb. Sonradan yerli hakimiyyət ölənlərin sayının iki nəfərə çatdığını açıqlayıb. Həlak olanların hər ikisi mülki kişi olub.

Sumi vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, Rusiya həmin ərazini gün ərzində raket, bomba və dronlarla fasiləsiz atəşə tutub.

“Bu, mülki əhaliyə qarşı terror aktıdır,” –  o qeyd edib.

Sumi şəhər hərbi administrasiyasının rəhbəri Sergey Krivoşeyenko isə bildirib ki, hücum nəticəsində 25 fərdi ev zərər görüb, onlardan beşi tamamilə dağılıb.

Yanğınsöndürmə işləri davam edir, dağıntılar altında insanların qalma ehtimalı var.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol