• $
  • £

ABŞ-da Patriot raketlərinin ehtiyatı tükənmək üzrədir — The Guardian

ABŞ-da Patriot raketlərinin ehtiyatı tükənmək üzrədir — The Guardian
08.07.2025 17:39

ABŞ Müdafiə Nazirliyinin əməliyyat ehtiyaclarını qarşılamaq üçün tələb olunan Patriot zenit-raket sistemlərinə aid raketlərin təxminən 25%-i qalıb. Bu barədə The Guardian qəzeti müdafiə sahəsindəki mənbələrə istinadən xəbər verir.

Məlumata görə, raketlərin bir hissəsi Yaxın Şərqdəki əməliyyatlarda istifadə olunub. Raket qıtlığı ABŞ-ın Ukraynaya hərbi yardımını müvəqqəti dayandırmasının əsas səbəblərindən biri kimi göstərilir.

Mənbələr bildirir ki, ABŞ ordusunun bəzi vacib sursat növləri üzrə ehtiyatları artıq bir neçə ildir minimum səviyyədən aşağıdır və bu vəziyyət Bayden administrasiyası dövründə Ukraynaya silah tədarükü ilə daha da pisləşib.

Donald Trampın hazırkı administrasiyası isə fevraldan etibarən strateji sursat ehtiyatlarının həcmini yenidən nəzərdən keçirməyə başlayıb — xüsusilə Yaxın Şərqdə əlavə Patriot batareyalarının yerləşdirilməsindən sonra.

Almaniyanın Bild nəşri Ukraynanın da yaxın 1–2 həftədə Patriot raketlərini tükədə biləcəyini yazmışdı.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
Dünya 23:11
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Dünya 21:48
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Dünya 19:46
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Dünya 18:14
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
Dünya 16:21
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Dünya 15:21
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Livanda BMT sülhməramlıları vuruldu
Dünya 13:30
Livanda BMT sülhməramlıları vuruldu
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Dünya 12:18
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Dünya 11:30
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol