• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Media nümayəndələri arasında rəqabət mövzusunda intellektual yarış keçirilib

Media nümayəndələri arasında rəqabət mövzusunda intellektual yarış keçirilib
08.07.2025 15:00

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə jurnalistlər arasında "Mediada rəqabət" mövzusunda intellektual yarış təşkil olunub.

Maarifləndirici məqsəd daşıyan tədbirdə 40-a yaxın media nümayəndəsi iştirak edib.

Yarış iştirakçılar arasında rəqabət qanunvericiliyi, istehlakçı hüquqları, keyfiyyət infrastrukturu və istehlak bazarına nəzarət sahəsində bilikləri artırmağa yönəlib.

Üç mərhələdən ibarət yarış yazılı və vizual tapşırıqlar vasitəsilə qiymət intizamı, məhsulun qaytarılması qaydaları, haqsız rəqabət, reklam qanunvericiliyi, texniki tənzimləmə və standartlar kimi mövzuları əhatə edib.

Agentlik nümayəndələrinin iştirak etdiyi ekspert qrupu iştirakçıların bilik və fəallığını qiymətləndirib və mövzular üzrə əlavə izahatlar verib.

Təşkilatçılar tədbirin məqsədinin media ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və sahəyə dair məlumatlılığın artırılması olduğunu bildiriblər.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Cəmiyyət 13:21
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:09
Sabahın havası açıqlanıb
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Cəmiyyət 11:38
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Cəmiyyət 11:00
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Cəmiyyət 10:40
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol