• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
12.07.2025 12:10

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir:

"Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Bununla əlaqədar nazirlik əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki,

- əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;

- sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;

- siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;

- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;

- təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin və tonqalı nəzarətsiz qoymayın;

- tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin – tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;

- küləkli havada tonqal qalamayın;

- yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;

elektrik mənşəli yanğınların qarşısının alınması üçün evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, profilaktik sınaqlar keçirilərək aşkar edilmiş qüsurların təmir olunması təmin edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin"!

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
Cəmiyyət 17:30
Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
Salyanda maşın kanala aşıb,ölənlər var
Cəmiyyət 16:39
Salyanda maşın kanala aşıb,ölənlər var
Köməksiz qalan azyaşlı xilas edildi - Video
Cəmiyyət 15:55
Köməksiz qalan azyaşlı xilas edildi - Video
Bakıda və Aran rayonlarında 38 dərəcə isti müşahidə olunur - FAKTİKİ HAVA
Cəmiyyət 15:01
Bakıda və Aran rayonlarında 38 dərəcə isti müşahidə olunur - FAKTİKİ HAVA
Qazaxda traktorda meyit tapılıb
Cəmiyyət 14:15
Qazaxda traktorda meyit tapılıb
Çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 14:00
Çimərliklərdə hava necə olacaq?
Aeroport yolunda qəza tıxaca səbəb olub
Cəmiyyət 12:53
Aeroport yolunda qəza tıxaca səbəb olub
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Sarayda sexdə yanğın olub
Cəmiyyət 12:10
Sarayda sexdə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol