• $
  • £

Almaniya kansleri Mers İsraili tənqid edib

Almaniya kansleri Mers İsraili tənqid edib
14.07.2025 08:51

Almaniyanın kansleri Fridrix Mers İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını tənqid edib və bölgədəki vəziyyəti “qəbuledilməz” adlandırıb.

“Mənə İsrail hökumətinin Qəzzada həftələrlə etdiyi hərəkətlər xoş deyil,” — Mers ARD telekanalına müsahibəsində bildirib.

O, məsələni dəfələrlə İsrailin baş naziri Benyamin Netanyahu ilə müzakirə etdiyini vurğulayıb.

“Ümid edirəm ki, biz avropalılar və amerikalılar birlikdə iki dövlət əsasında münaqişənin həllinə gətirib çıxaracaq bir yol tapa biləcəyik,” — kansler əlavə edib.

Mers həmçinin bildirib ki, fələstinlilərin yaşamaq üçün öz ərazilərinə sahib olmaq hüququ var.

“Qəzzadakı hazırkı vəziyyət qəbuledilməzdir,” —  o qeyd edib.

 İsrail ordusu mayın 18-də Qəzzanın şimal və cənub hissələrində genişmiqyaslı quru əməliyyatına — “Gideonun Ərəbələri” adlı kampaniyaya başlayıb.

Əməliyyatın məqsədi HƏMAS-ın tam məğlub edilməsi və girov götürülmüş israillilərin azad olunmasıdır.

Baş nazir Netanyahu bildirib ki, əməliyyatdan sonra İsrail ordusu Qəzza zolağının tam nəzarətini ələ keçirməyi planlaşdırır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol